NİPT Test göstərişləri


- Ananın yaşının 35 və daha çox olması;

- Daha öncədən trisomiyalı hamiləlik olması;

- İkili, üçlü, dördlü skrininq testlərin nəticələrində şübhə olub təsdiqlənməsinə ehtiyac yarandıqda;

- Aneuploidiya riskinin olması göstərən ultrasəs müayinə nəticəsi;

- Hamiləliyin baş tutması üçün köməkçi reproduktiv üsullardan (süni mayalanma) istifadə olunduqda;

- İnvaziv test ilə plasenta previa, düşük riski və hepatit B kimi əks göstərişlərin olduğu zaman;

- Cütlükdə öncədən kariotip testi nəticəsində müəyyən xromosom anomaliyaları ilə əlaqəli diaqnoz olduqda;

- Valideynlərin nəslində xromosom patologiyalı xəstələr olduqda;

- Əvvəlki hamiləliklərdə təkrarlanan düşük  və ölü doğum müşahidə olunduqda;

- Valideynlərdən birinin trisomiya riskini artıran balanslaşmış translokasiya daşıyıcısı olması;

- Rh uyğunsuzluğu;

- Diaqnostika və müalicə üçün fetal cinsiyyətin bilinməsi gərəkli olan hallarda 

a) X xromsomla ilişkili keçən xəstəliklər

b) kongenital adrenal hiperplaziya

- Qadın radioaktiv şüalanmaya məruz qaldıqda (normadan artıq rentgen şüalarına məruz qaldıqda);

 

Risk qrupuna aid olmayan ailələrdə də xromosom anomaliyalarına rast gəlinə bilər, ona görədə biz bütün hamilələrə öz övladının tam əminliklə sağlam doğulmasına görə NİPT testi təklif edirik.